Cümə axşamı, 16 May

"Onların yox olması üçün hər şeyi edəcəyəm" - Medvedev

image

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələri ilə bağlı yazılarının sərt tonunu izah edib. Onun sözlərinə görə, bu münasibət Rusiyanın ölümünü istəyən ölkələrə nifrətdən qaynaqlanır.

Xəbər verilir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Mən onlara nifrət edirəm. Onlar əclaf və cahildirlər. Və nə qədər ki, mən sağam, onların yox olması üçün hər şeyi edəcəyəm" , - Medvedev vurğulayıb.

Bir müddət əvvəl o, Rusiyaya qarşı qəbul edilən altıncı sanksiyalar paketinin qlobal iqtisadiyyatda "dünya inqilabı alovuna" səbəb olacağını bildirərək, qərar qəbul edənləri hərəkətləri Avropanın özünə qarşı yönələ biləcək "abidlər" adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00